XƏBƏR, SİYASƏT
15-09-2017, 19:03

“Bu istiqamətdə iş aparırıq” - Fransa XİN-dən Qarabağ açıqlaması

“Bu istiqamətdə iş aparırıq”"Bu gün Azərbaycan prezidenti İlham Əliyev məni qəbul etdi. Görüş zamanı bildirdim ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylər göstərir və bu səylərini davam etdirəcək"

Qərbinfo.Az xəbər verir ki, bunu Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan bildirib.

"Münaqişə ilə bağlı ATƏT-in Minsk qrupunun fransalı həmsədri Visconti ilə daim əlaqə saxlayıram. Həmsədrlər münaqişənin həll olunması prosesində öz işlərini layiqincə yerinə yetirirlər. Bu yaxınlarda Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) iclası zamanı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi nəzərədə tutulur. Ola bilsin ki, gələcəkdə prezidentlər səviyyəsində görüş baş tutsun. Bu istiqamətdə Fransa iş aparır və prosesi yaxından izləyir"- Fransa rəsmisi deyib.






Son Xəbər