XƏBƏR, SİYASƏT
15-09-2017, 10:40

Avropa Məhkəməsi Ermənistanı yenə cərimələdi

Avropa Məhkəməsi Ermənistanı yenə cərimələdiAvropa Məhkəməsi Alik Matevosyanın Ermənistana qarşı işi üzrə yekun qərar qəbul edib.

Qərbinfo.Az erməni mətbuatına istinadən xəbər verir ki, məhkəmə qərarına görə, dövlət şikayətçinin Ermənistanda üzləşdiyi pis rəftarla əlaqədar iddiasına Konvensiyanın 3-cü maddəsinin pozulmasına səbəb olan prosedur baxımından effektiv istintaq aparmayıb.

Ermənistan höküməti şikayətçiyə 6000 avro ödəməlidir. İddia ərizəsi 2009-cu ildə verilib.

Qeyd edək ki, Alik Matevosyan hərbi hissələrdən birində baş operator kimi qulluq edib və 2008-ci ildə hərbi qulluqçu yoldaşının öldürülməsində günahlandırılaraq mühakimə edilib.






Son Xəbər