XƏBƏR, SİYASƏT
15-09-2017, 10:21

“Rusiya Qarabağda nə vəkil, nə də prokurordur” - Senator

“Rusiya Qarabağda nə vəkil, nə də prokurordur”"Rusiya üçün əsas məsələ tərəfdaş olduğu ölkələrin daxili və xarici siyasətlərini özlərinin formalaşdırması, onların xarici dövlətlərin təsirindən kənar olmasıdır"

Qərbinfo.Az xəbər verir ki, bunu Rusiyanın paytaxtında keçirilən "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxış edən Rusiya Federasiya Şurasının üzvü Andrey Klimov bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışan rusiyalı senator ölkəsinin sadəcə vasitəçi olduğunu bildirib:

"Rusiya nə vəkildir, nə də prokuror. Biz heç kimin tərəfindən çıxış etmirik. Biz əksinə, elə etməyə çalışırıq ki, tərəflər özləri güzəştli həll yolu tapsın".






Son Xəbər