XƏBƏR, SİYASƏT
15-09-2017, 00:35

“Ermənistan AİB-dən çıxarsa, heç kim Azərbaycanı durdura bilməyəcək” - Aleksandr Proxonov

“Ermənistan AİB-dən çıxarsa, heç kim Azərbaycanı durdura bilməyəcək”Rusiyanın məşhur politoloqu Aleksandr Proxonov Ermənistan parlamentində bir sıra qərbyönlü deputatların bu ölkənin Avrasiya İqtisadi Birliyindən çıxmasını müzakirə etmək təklifinə münasibət bildirib.

Qərbinfo.Az xəbər verir ki, politoloq AzVision.az-a özəl açıqlamasında bildirib ki, bu baş verərsə, onda heç kim Azərbaycan ordusunun qarşısını ala bilməyəcək:

“Bu deputatların sayı minlərlə yox, dörd nəfərdir. Ola bilsin ki, onların sayı daha da azdır. Qoy onların planları reallaşsın. Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxsın, sonra ikitərəfli münasibətlərdən imtina etsin. Rusiyanın hərbi bazasını bağlasın. Daha sonra isə qəfildən Azərbaycan ermənilərin işğal etdiyi torpaqları azad etməyə başlayacaq. Bax onda heç kim T-72 tankları ilə təchiz olunan yeni Azərbaycan ordusunu dayandıra bilməyəcək. Ona görə də ermənilərin ağlı varsa, onlar heç vaxt Rusiya və AİB-lə münasibətləri pozmayacaqlar”- deyə rusiyalı politoloq vurğulayıb.






Son Xəbər