XƏBƏR, SİYASƏT
14-09-2017, 17:17

Ərdoğan təbrik məktubu göndərdi

Ərdoğan təbrik məktubu göndərdiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimə təbrik ünvanlayıb.

Qərbinfo.Az xəbər verir ki, təbriki Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayraq oxuyub. B. Albayraq deyib ki, Azərbaycan nefti Türkiyə üzərindən dünyaya ixrac edilir: “İnşallah, gələn il TANAP-la qazın ixracı sahəsində bu əməkdaşlıq daha da güclənəcək”.






Son Xəbər