XƏBƏR, SİYASƏT
14-09-2017, 09:40

Prezident İlhan Aküzümü ordenlə təltif edib

Prezident İlhan Aküzümü ordenlə təltif edibAzərbaycan prezidenti İlham Əliyev İlhan Aküzümün “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oərbinfo.Az-ın məlumatına əsasən, sərəncamda qeyd olunur ki, Azərbaycanla Türkiyə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə İlhan Aküzüm “Dostluq” ordeni ilə təltif edilib.

İlhan Aküzüm müxtəlif vaxtlarda Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Türkiyə hökumətində turizm, daha sonra isə gənclər və idman naziri vəzifələrində çalışıb.






Son Xəbər