XƏBƏR, MARAQLI
30-08-2017, 23:29

Niyə soğan gözləri yaşardır?

Niyə soğan gözləri yaşardır?Alimlər soğanın gözləri niyə yaşartdığına dair yeni dəlilər əldə ediblər.

Qərbinfo.Az bildirir ki, ABŞ-ın Klivlend şəhərindəki Qeys Qərbi Qoruq universitetində aparılan araşdırmaya görə, soğan mikroblar və həşəratlara qarşı biokimyəvi müdafiə mexanizmi hərəkətə keçirərək, bir ferment ifraz edir. Bu fermentlər, soğan sulfidlərini parçalayaraq, sulfid-oksidə çevirir.

Sulfid-oksid qısa müddətdə qaz vəziyətinə düşür və havada sürətlə yayılan bu qaz gözə yaxınlaşanda yandırıcı bir turşuya çevrilir. Bunun nəticəsində də göz kanalları tutulur.

Ancaq ekspertlər hesab edir ki, soğan doğrayanda, gözlərin yaşarması birbaşa bu kimyəvi tərkib səbəb olmur. Qazın göz yaşıyla reaksiyaya girməsi nəticəsində sulfat turşusu yaranır. Sulfat turşusunun gözü qıcıqlandırması nəticəsində göz, xarici maddələri təmizləmək üçün göz yaşı ifraz etməyə başlayır.






Son Xəbər