XƏBƏR, MARAQLI
30-08-2017, 20:51

“Forbes” jurnalı ən varlı qadınların siyahısını dərc edib

“Forbes” jurnalı ən varlı qadınların siyahısını dərc edib“Forbes” jurnalı Rusiyanın ən varlı qadınlarının siyahısını dərc edib.

Qərbinfo.Az xəbər verir ki, siyahıya yenidən Moskvanın keçmiş meri Yuri Lujkovun həyat yoldaşı Yelena Baturina başçılıq edir.

Jurnal yazır ki, bu il var-dövlətinin 100 milyon dollar azalaraq bir milyard dollar təşkil etməsinə baxmayaraq, Y.Baturina ölkənin ən zəngin qadınları siyahısında birinci yeri qoruyub saxlaya bilib. O, həmçinin bu il dünyanın ən zəngin qadınları siyahısına daxil edilmiş yeganə rusiyalıdır. Həmin siyahıda Baturina 1940-cı yeri tutub.

Rusiyalı iş adamı, “Bank Kipra” bankının və “Monoko” futbol klubunun sahibi Dmitri Rıbolovlevin keçmiş xanımı Yelena Rıbolovleva siyahıda ikinci yerdədir. Onun varidatı 600 milyon dollar məbləğində qiymətləndirilir. Üçüncü yeri isə “S7” aviaşirkətinin direktorlar şurasının sədri Natalya Fileva (600 milyon dollar) tutub.

“Forbes” jurnalının siyahısına ümumilikdə 25 qadın daxil edilib. Onların varidatının ümumi məbləği 7,3 milyard dollar həcmində qiymətləndirilib. Bu isə ötənilki göstəricidən 25 faiz çoxdur.






Son Xəbər