XƏBƏR, VİDEO
10-08-2017, 15:00

Şəmkirdə 80 min tut tingi əkiləcək - VİDEO

Şəmkirdə 80 min tut tingi əkiləcəkŞəmkirdə baramaçılığın inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilir.

Qərbinfo.Az xəbər verir ki. bu sözləri Şəmkirdə keçirilən ümumrayon müşavirəsində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov bildirib.

Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Prezident cənab İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Şəmkirdə zəruri işlər görülür. Bu məqsədlə kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlətimizin başçısının tapşırığına əsasən ölkənin bütün bölgələrində olduğu kimi Şəmkir rayonunda da bu sahəyə ciddi diqqət göstərilir və baramaçılığın inkişafına dair tapşırıqların icrası Şəmkir rayonunda ciddi nəzarətdə saxlanılır.

İcra başçısı rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsinin şəmkirlilər tərəfindən müsbət qarşılandığını bildirib: “Bu il Şəmkir rayonunda Çindən ölkəmizə gətirilmiş tinglərdən yeni tut bağları salınıb. Rayonda 40 min tut tingi əkilib. Növbəti ildə bu rəqəmin 80 minə çatdırılması nəzərdə tutulub. Hətta gələcəkdə bu rəqəmin daha da yüksəldilməsi planlaşdırılır”.

ARB Kəpəzin tədbirdən hazırladığı videoreportajı təqim edirik:






Son Xəbər