XƏBƏR, MARAQLI
9-08-2017, 13:00

Dünyanın ən ucuz elektromobili istehsal olundu

Dünyanın ən ucuz elektromobili istehsal olundu Çinin SAIC-GM-Wuling müəssisəsi dünyanın ən ucuz elektromobilini buraxıb.

Qərbinfo.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, E100 elektromobili cəmi 5 min dollar dəyərindədir. “Smart ForTwo” stilində hazırlanan avtomobil ön asqı və tək rıçaqlı arxa asqıya malikdir. 40 at gücündə elektrik aqreqatı ilə təchiz olunub. Elektrokar saatda 100 km sürətlə hərəkət edir və bir dəfə doldurulmaqla 155 km gedir. Akkumulyator 7,5 saata tam dolur.

Avtomobil piyadaları tanıma sistemi və digər sistemlərə malikdir.

Satışların nə vaxt başlayacağı və yeni məhsulun başqa ölkələrə ixrac edilib-edilməyəcəyi hələ açıqlanmayıb.
Dünyanın ən ucuz elektromobili istehsal olundu






Son Xəbər