XƏBƏR, İDMAN
9-08-2017, 12:30

Azərbaycan çempionatının ən məhsuldar futbolçularının siyahısı müəyyənləşdi – SİYAHI

Azərbaycan çempionatının ən məhsuldar futbolçularının siyahısı müəyyənləşdi – SİYAHI Peşəkar Futbol Liqası avqustun 11-də start götürəcək 26-cı Azərbaycan çempionatı ərəfəsində yarışın ən məhsuldar futbolçularının siyahısını müəyyənləşdirib.

Qərbinfo.az xəbər verir ki, cədvəldə əvvəlki 25 çempionatda 50 və daha artıq qol vuranlar yer alıb.

İndiyədək 34 oyunçu bunu bacarıb. Onlardan 10-u 100-ü də arxada qoyub.

Nəticəsi ləğv olunan və yarımçıq qalan görüşlərdəki qollar nəzərə alınmamaqla, tərtib edilən siyahıya Nazim Əliyev başçılıq edir.

Azərbaycan çempionatlarının ən yaxşı bombardirinin hesabında 183 qol var. Müşfiq Hüseynov 125 qolla 2-ci, Rövşən Əhmədov 116 topla 3-cüdür. 50 və daha çox qol vuran futbolçular arasında iki legioner də yer alıb. Badri Kvaratsxeliya 72, Georgi Adamiya 61 dəfə fərqlənib.






Son Xəbər