XƏBƏR, İDMAN
4-08-2017, 20:37

“Qarabağ” “Kopenhagen”ə ağır hesablarla uduzub - iki oyuna 0:10

“Qarabağ” “Kopenhagen”ə ağır hesablarla uduzub - iki oyuna 0:10Bu gün Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a rəqib olan “Kopenhagen” Ağdam klubuna tanış rəqibdir.

Qərbinfo.az xəbər verir ki, bu komandalar ilk dəfə hələ 19 il əvvəl - 1998-ci ildə o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəliblər. Azərbaycan kubokunun finalçısı (1997/98 mövsümündə “Qarabağ” finalda o vaxtkı çempion “Kəpəz”ə rəqib olmuş və 0:2 hesabı ilə uduzmuşdu) qismində bu yarışa qatılan Ağdam təmsilçisi ilk mərhələdəki hər iki oyunda ağır hesabla uduzub.

"Qarabağ" ümumi hesabda 0:10 (Danimarkada ilk matçda 0:6, Bakıda isə 0:4) məğlub olmuşdu.






Son Xəbər