XƏBƏR, VİDEO
29-07-2017, 10:30

Azərbaycanda tapılan qeyri-adi məxluq dünyanı şoka saldı - VİDEO

Azərbaycanda tapılan qeyri-adi məxluq dünyanı şoka saldıAzərbaycanda tapılan qeyri-adı canlı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qərbinfo.Az-ın xəbərinə görə, bu barədə iyulun 27-də, İspaniyanın “La gran epoca” nəşri məlumat yayıb.

Qalın tükə malik canlının əlləri həm meymun, həm də insan əllərinə bənzəyir. Sifətdən də insana oxşayan məxluq qəribə səslər çıxarır.

Təxminən 60 sm boya malik canlının bədən quruluşu meymun və insanın ortaq quruluşuna bənzəyir.

Videoda görünür ki, sakinlər onun boğazına ip bağlayıb evdə gəzdirirlər.

Nəşr qeyri-adi məxluqun “Bigfoot” (Qar adamı) nəslindən olmasını iddia edir.

Sosial şəbəkə istifadəçilərinin bəziləri onun “digər dünya”dan gəldiyini, bəziləri isə “mutant” olduğunu bildiriblər.






Son Xəbər