XƏBƏR, HADİSƏ
13-07-2017, 13:17

Ali məktəbə qəbul olan gənclərin FACİƏSİ - FOTO

Ali məktəbə qəbul olan gənclərin FACİƏSİCəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qərbinfo.az xəbər verir ki, hadisə Alar kəndindəki 1 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Rzayev Şəmsi İlqar oğlu və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Qarayev Ələmdar Qoşqar oğlu Günəşli kəndində yaşayan repetitorun yanından kəndə qaydırımış. Qəzaya düşən avtomobildəki gənclər orta məktəbi bu il bitiribmiş və ali təhsil üçün imtahan veribmiş. Onlar sabah Lənkəranda keçiriləcək növbəti imtahana hazırlaşırmış.

Bildirilir ki, hər iki gənc daha əvvəl keçirilmiş imtahanlarda yüksək bal toplayaraq ailə məktəbə qəbul olunub. Lakin onlar ballarını artırmaq üçün oxumağa davam ediblər. Onlar Alar kəndindəki 2 saylı orta məktəbi bu il bitiriblər.

Faktla bağlı araşdırma aparılır.
Ali məktəbə qəbul olan gənclərin FACİƏSİ






Son Xəbər