XƏBƏR, DÜNYA, VİDEO
10-07-2017, 09:51

Məşhur bazarda yanğın - VİDEO

Məşhur bazarda yanğınBöyük Britaniya paytaxtı Londonun ən iri bazarlarından biri “Camden Market”də yanğın baş verib.

Qərbinfo.az-ın verdiyi xəbərə görə, bu barədə London Yanğın Təhlükəsizliyi İdarəsinin “Twitter” səhifəsində bildirilir.

Məlumata əsasən, hadisə yerinə 10 texnika və 70 canlı qüvvə cəlb edilib. Yanğın bazarın üç mərtəbəsi və damının bir hissəsini əhatə edib.

Yanğının səbəbi və zərərçəkənlər barədə məlumat verilmir.






Son Xəbər