XƏBƏR, SİYASƏT
5-07-2017, 09:00

Mali prezidenti İlham Əliyevi təbrik edib

Mali prezidenti İlham Əliyevi təbrik edibMali prezidenti İbrahim Bubakar Keyta prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Qərbinfo.az xəbər verir ki, məktubda bildirilir:

"Ölkənizin milli bayramı münasibətilə Zati-alinizə və Azərbaycan xalqına Mali xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmağı özümə şərəf bilirəm.

Bu xoş fürsətdən istifadə edərək, Mali Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərini daim möhkəmləndirmək əzmində olduğumu bir daha təsdiq etmək istərdim.

Mən Zati-alinizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və daimi firavanlıq arzulayıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".






Son Xəbər