XƏBƏR, İQTİSADİYYAT
30-06-2017, 19:02

Batareyasız telefon yaradıldı

Batareyasız telefon yaradıldı


















ABŞ-dan olan ixtiraçı batareyasız işləyən “gələcəyin telefonu”nu yaradıb. Cihaz radio dalğaların əks olunması prinsipi ilə çalışır.

Qərbinfo.az xəbər verir ki, batareyasız işləyən mobil telefonun prototipi uzun illər ərzində üzərində işlədikdən sonra Vaşinqton Universitetinin elmi əməkdaşı Bamsi Talla tərəfindən yaradılıb. Cihaz radiodalğaları əks etdirməyə imkan verən əks dağınıqlıq prinsipi ilə işləyir.

Batareyasız telefon adi telefondan ucuz olacaq. Onun işləməsi üçün “Skype” vasitəsilə cihazı rəqəmsal şəbəkəyə qoşa biləcək baza stansiyaları fəaliyyət göstərməlidir. Nə qədər ki, cihaz bu siqnalları enerji toplamaq üçün istifadə edir, o zaman baza stansiyasından cəmi 15 metr uzaqlıqda işləyə bilir.

Gələcəkdə möcüzəvi telefonun tərtibatçıları ev Wi-Fi-ı və ya adi telefon qülləsindən istifadə etməklə enerji ilə doldurma sxemini reallaşdırmağı planlaşdırırlar. Onlar yüzlərlə dəfə daha böyük gücə malikdirlər və tutumun uzaqlığını 1 kilometrə qədər artırırlar.






Son Xəbər