XƏBƏR, İDMAN, VİDEO
30-06-2017, 09:17

“İnter” “Mladost”u Serbiyada “əzik-əzik” etdi - VİDEO

“İnter” “Mladost”u Serbiyada “əzik-əzik” etdiBu gün Avropa Liqasında yeni mövsümə start verilib.

Qərbinfo.az qol.az-a istinadən xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “İnter” də mövsümün ilk oyununa çıxıb.

Zaur Svanadzenin komandası səfərdə Serbiyanın “Mladost” klubu ilə qarşılaşıb və proqnozların əksinə böyük hesabla (3:0) qələbə qazanaraq demək olar ki, cütün taleyini həll edib.

29 iyun

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

22:30. “Mladost” (Luçani, Serbiya) – “İnter” (Bakı, Azərbaycan) - 0:3
Qollar: Adrian Skarlatake, 23, 41, Rauf Əliyev, 75
Baş hakim: Aleksey Matyunin
Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov
Dördüncü hakim: Yevgeni Turbin (hamısı Rusiya)
Luçani. “Mladost” stadionu







Son Xəbər