XƏBƏR, HADİSƏ
29-06-2017, 18:30

Dənizdə batan modelin meyiti tapıldı

Dənizdə batan modelin meyiti tapıldıBakıda dənizdə batan modelin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, Günel Mirzəyevanın meyiti iyunun 29-da səhər saatlarında aşkar edilərək sudan çıxarılıb.

Qeyd edək ki, Günel Mirzəyeva bir neçə gün əvvəl Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda yaxta çevrilib. Nəticədə G. Mirzəyeva dənizdə batıb.

Xatırladaq ki, G. Mirzəyeva “Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.






Son Xəbər