XƏBƏR, İQTİSADİYYAT
29-06-2017, 16:30

Mərkəzi Banklar kağız pullardan imtina edir

Mərkəzi Banklar kağız pullardan imtina edirMaliyyə əməliyyatlarının elektron aparıldığı şəraitdə mərkəzi banklar virtual pul vahidlərindən istifadə etmək fikrini araşdırırlar.

Qərbinfo.az Bloomberg-ə istinadən xəbər verir ki, kredit kartlarının əməliyyat xərcləri, faizləri, eləcə də kağız pulların çapının xərcli olduğu nəzərə alındıqda, rəqəmsal pul vahidləri kiçik müəssisələr və istehlakçılar üçün olduqca faydalı ola bilər.

Avropa, eləcə də Asiya mərkəzi bankları virtual pul vahidi istifadəsini nəzərdən keçirir. Vyetnam Mərkəzi Bankı mart ayında bitcoin istifadə etmə ehtimalını “ciddi” qiymətləndirdiyini bildirib. Çin Mərkəzi Bankı isə ölkənin prototip kripto pulunu istifadə etmək üçün sınaqlara başladığını açıqlayıb. Danimarka Mərkəzi Bankı da e-kron istifadə etmək üzərində düşünür.






Son Xəbər