XƏBƏR, SİYASƏT
29-06-2017, 15:40

İlham Əliyev Türkmənbaşını təbrik etdi

İlham Əliyev Türkmənbaşını təbrik etdiAzərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedova 60 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

Qərbinfo.az “turkmenistan.gov.tm” saytına istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev məktubunda Azərbaycan və Türkmənistanı dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığını bildirib: “İnanıram ki, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın iradəsi ilə iki ölkə arasında dialoq daha da inkişaf edəcək və bizim birgə səyimiz nəticəsində möhkəmlənəcək. Sizə möhkəm can sağlığı və səadət, qardaş Türkmənistan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm”.






Son Xəbər