XƏBƏR, HADİSƏ
29-06-2017, 14:30

Azərbaycanda bayram günlərində qorxunc statistika

Azərbaycanda bayram günlərində qorxunc statistikaArdıcıl 5 gün davam edən istirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 14 nəfər həyatını itirib.

Qərbinfo.az xəbər verir ki, iyunun 28-də ölkə yollarında 16 avtomobil qəzası baş verib.

Nəticədə 4 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb. Belə ki, Ağdaşda və Bakının Xətai rayonunda avtomobillər piyadaları vuraraq öldürüb. Masallıda isə minik avtomobilinin yük maşınına çırpılması nəticəsində ana və oğlu ölüb, 3 nəfər isə xəsarət alıb.

Son 5 gündə ölkə yollarında baş vermiş qəzaların statistikası belədir:

24 iyun: 12 hadisə, 2 ölü, 16 yaralı
25 iyun: 11 hadisə, 3 ölü, 12 yaralı
26 iyun: 8 hadisə, 2 ölü, 17 yaralı
27 iyun: 12 hadisə, 3 ölü, 13 yaralı
28 iyun: 16 hadisə, 4 ölü, 21 yaralı.

Ümumilikdə geridə qalan istirahət günlərində 59 yol nəqliyyat hadisəsi baş verib ki, bu hadisələr nəticəsində 14 nəfər həyatını itirib, daha 79 nəfər isə ağır bədən xəsarəti alıb.






Son Xəbər