XƏBƏR, SİYASƏT
28-06-2017, 11:30

"Azərbaycan bizim üçün əhəmiyyətlidir" - Polşa prezidenti

"Azərbaycan bizim üçün əhəmiyyətlidir""Azərbaycan ilə Polşa arasında əməkdaşlığın çox geniş perspektivləri var. Çünki bizim ölkələrimiz tarixi İpək Yolunun bərpasında xüsusi rol oynaya bilər. Azərbaycan mühüm daşımalar marşrutlarında, Asiya ilə Avropanın kəsişməsində yerləşir. Bu baxımdan hesab edirik ki, biz məhz Cənub və Qərb, o cümlədən Qərb-Şərq arasında saziş imzalamışıq"

Qərbinfo.az xəbər verir ki. bu fikirləri Polşa Prezidenti Andjey Duda iyunun 27-də Varşavada keçirilmiş Azərbaycan-Polşa biznes forumunda söyləyib.

Polşa Prezidenti deyib: “Həmçinin İranın da bu daşımalar marşrutuna qoşulmasını nəzərdə tuturuq. İstəyirik ki, digər tərəfdaşlar da bu işə qoşulsunlar və Şərq Tərəfdaşlığı çərçivəsində yeni bir layihə həyata keçirilsin. Biz dəmir yolunun məhz Cənub-Şərq hissəsinin şəbəkəmizə qoşulmasını təmin etmək istəyirik. Bu, bir növ Avropanın bütün Asiya ölkələrinə, regionuna çıxışını təmin edəcəkdir. Eyni zamanda, məhz bizim şəbəkələr Avropa İttifaqının bazarına böyük çıxışı təmin edir. Polşanın iqtisadi diplomatiyası məhz yeni ticari tərəfdaşların tapılmasına və yeni ticari münasibətlərin qurulmasına yönəlibdir. Bu baxımdan Azərbaycan sərmayədarları bizim üçün vacibdir. Azərbaycanın daxili bazarında da olmağımız bizim üçün əhəmiyyətlidir. Biz hesab edirik ki, bu baxımdan hər iki tərəf yalnız qazana bilər və bu, hər iki tərəfə qarşılıqlı surətdə hər hansı bir fayda gətirə bilər”.






Son Xəbər