XƏBƏR, VİDEO
24-06-2017, 15:43

“Baku Oxford School in Shamkir”də ilk “Son Zəng” - VİDEO

“Baku Oxford School in Shamkir”də ilk “Son Zəng”“Baku Oxford School in Shamkir” məktəbində ilk “Son Zəng” tədbiri keçirilib.

Qərbinfo.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, valideyinlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər ilk məzunlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Şagirdlər də öz növbəsində gələcək karyeralarında məktəbi, rayonumuzu və xüsusən də xaricdə Azərbaycanımızı layiqli təmsil edəcəklərinə söz veriblər.
Tədbirin rəsmi hissəsindən sonra bədii hissəsi keçirilib

Qeyd edək ki, bu il “Baku Oxford School in Shamkir” məktəbini 26 məzun bitirib. Onlardan 12-nin xaricdə təhsil alacaqları dəqiqləşib. Məzunların çoxu Avropa, Amerikanın tanınmış universitetlərində təhsillərini davam edəcəklər.






Son Xəbər