XƏBƏR, SİYASƏT
24-06-2017, 18:00

“Terrorizmə qarşı qətiyyətlə mübarizə aparılmalıdır” - İlham Əliyev

“Terrorizmə qarşı qətiyyətlə mübarizə aparılmalıdır”Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Qərbinfo.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"






Son Xəbər