XƏBƏR, İDMAN, VİDEO
22-06-2017, 23:00

Davanın səbəbkarı Oskar oldu - 8 oyunluq cəza

Davanın səbəbkarı Oskar olduÇinin “Şanxay SİPG” klubunda çıxış edən Oskar ağır cəzaya məruz qalıb.

Qərbinfo.az-ın xəbərinə görə, Braziliya millisinin üzvü “Quançjou Fuli” ilə oyunda insidentin yaranmasına səbəb olub.

26 yaşlı yarımmüdafiəçi epizodların birində hakimin fitindən sonra topu qəsdən rəqib futbolçusuna vurub. Nəticədə futbolçular arasında dava düşüb.

Çin Futbol Federasiyası davanın səbəbkarı olan Oskara 8 oyunluq cəza verib. Bundan başqa, Oskarın klubu 5000 dollar məbləğində cərimələnib.






Son Xəbər