XƏBƏR, SİYASƏT
22-06-2017, 11:55

"Cavabımız sarsıdıcı olacaq" - Ermənistana növbəti xəbərdarlıq

"Cavabımız sarsıdıcı olacaq"Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a verilən məlumata görə, tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.

Müdafiə Nazirliyi bildirir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaqdır.






Son Xəbər