XƏBƏR, İQTİSADİYYAT
20-06-2017, 22:29

Neft sürətlə ucuzlaşır

Neft sürətlə ucuzlaşır


















Bu gün beynəlxalq birjalarda “Brent” markalı neftin qiyməti son 7 ayın ən minimal səviyyəsinə - 45,9 dollara düşüb.

Qərbinfo.az “Bloomberg”-ə istinadən xəbər verir ki, buna səbəb Liviyada hasilatın artması olub. O cümlədən tankerlərdə yığılan neft ehtiyatlarının 2017-ci ilin maksimal həddinə çatması da burada rol oynayıb.

Yayılan xəbərlər neft bazarında tarazlıq vəziyyətinin bərpa olunmasının çox çətin olduğunu göstərib. Nəticədə “Brent” markalı neft ucuzlaşmağa başlayıb. Dünənlə müqayisədə neft hazırda 2,1% aşağı qiymətə satılır.






Son Xəbər