XƏBƏR, SİYASƏT, VİDEO
20-06-2017, 16:23

Genişmiqyaslı təlimlərin ən son görüntüləri - VİDEO

Genişmiqyaslı təlimlərin ən son görüntüləriGenişmiqyaslı təlimlərin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a verilən məlumata görə, qoşunların idarə edilməsi tələblərə uyğun olaraq gizli və operativ həyata keçirilir.

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edirlər.






Son Xəbər