XƏBƏR, SİYASƏT
9-06-2017, 19:10

“Azərbaycanla əlaqələri genişləndirmək niyyətindəyik” - Berdiməhəmmədov

“Azərbaycanla əlaqələri genişləndirmək niyyətindəyik”Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümü münasibəti ilə məktub göndərib.

Qərbinfo.az-ın məlumatına görə, onun məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu. Türkmənistan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümü münasibətilə Sizə və ölkənizin bütün dost xalqına Türkmənistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasından keçən 25 il ərzində hüquq bərabərliyi, qarşılıqlı fayda və hörmət prinsiplərinə əsaslanan ikitərəfli dostluq əlaqələri və qarşılıqlı faydalı tərəfdaşlıq fəal inkişaf edib və yüksələn xətt üzrə durmadan genişlənməkdə davam edir. Hazırda ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq qurumlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülən qlobal təşəbbüslərin və təkliflərin qarşılıqlı dəstəklənməsi buna sübutdur.

Türkmənistan-Azərbaycan ticari-iqtisadi münasibətləri dinamik inkişaf edir. Ticari-iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan Hökumətlərarası Komissiyanın fəaliyyəti bu inkişafa çox kömək edir. İki dövlətin xalqlarının yaxınlaşmasının, onların arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinin mühüm amili olan mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq uğurla genişlənir.

Türkmənistan ölkələrimiz arasında zamanın sınağından çıxmış siyasi, iqtisadi, mənəvi-mədəni əlaqələri bundan sonra da genişləndirmək niyyətindədir. Əminəm ki, Türkmənistan-Azərbaycan münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da durmadan inkişaf edəcək. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının tərəqqisi və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulamaq istəyirəm".






Son Xəbər