XƏBƏR
9-06-2017, 16:00

Sabah leysan olacaq - Nazirlik xəbərdarlıq etdi

Sabah leysan olacaqİyunun 10-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Qərbinfo.az-a verilən məlumata görə,Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, iyunun 10-11-də bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti, Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.






Son Xəbər