XƏBƏR
9-06-2017, 14:15

Azərbaycan tolerantlığın vacib nümunəsidir - "Jewishpress"

Azərbaycan tolerantlığın vacib nümunəsidirDünyanın müxtəlif bölgələrində nifrət və dözümsüzlüyün artdığı bir vaxtda Azərbaycan əsrlər boyu tolerantlığın nümunəsi kimi çıxış edib.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə amerikalı ravvin İzrail Barukun “Jewishpress” nəşrindəki məqaləsində bildirilir.

Müəllif yazır ki, Azərbaycan qeyri-stabil regionda yerləşməsinə baxmayaraq yüz illər boyunca bir çox dini icmanın çiyin-çiyinə yaşadığı ölkə olub.

O yazır: “İki il əvvəl mən yəhudi rəmzi ilə əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkədə Azərbaycanda küçələrdə gəzmişəm. Bununla belə, hər hansı bir kəskin baxışla qarşılaşmadım. Bu, Azərbaycandakı dini dözümlülüyün yalnız bir nümunəsidir”.






Son Xəbər