XƏBƏR, DÜNYA
9-06-2017, 10:59

Qətər Əmiri Trampın dəvətini rədd etdi

Qətər Əmiri Trampın dəvətini rədd etdiQətər əmiri şeyx Təmim bin Həməd əl-Tani ABŞ prezidenti Donald Trampın Vaşinqtona dəvətini rədd edib.

Əmir Qətərin blokadada olduğu müddət ərzində ölkəni tərk etməyi planlaşdırmadığını bəyan edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.






Son Xəbər