XƏBƏR
9-06-2017, 10:40

Bu gün 35 dərəcə isti olacaq

Bu gün 35 dərəcə isti olacaqBu gün Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Bakı və Abşeron yarımadasında isə hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 17-20° isti, gündüz 27-32° isti, Bakıda gecə 18-20° isti, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 9-10-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.






Son Xəbər