XƏBƏR
9-06-2017, 01:30

“Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxiləsi təkrarlana bilər” - FTB-nin eks-direktoru

“Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxiləsi təkrarlana bilər”“Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxilə halları olub və onlar gələcəkdə təkrarlana bilər”.

Qərbinfo.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi Senatın kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, amerikalılar Rusiyanın seçkilərə müdaxiləsini ciddi qəbul etməlidirlər: “Çünki xarici dövlət bizim seçki prosesimizə zorla müdaxilə edərək nəyi düşünməyimizə və necə səs verməyimizə təsir edib”.

Komi qeyd edib ki, məsələ tək demokratlar və ya respublikaçılara deyil, bütün ölkəyə aiddir.

Qeyd edək ki, ABŞ Rusiyanı 2016 ildə Demokratlar Partiyasının resurslarına hücum etməkdə və məlumatları “WikiLeaks” saytına ötürməkdə ittiham edir.

Rusiya tərəfi bütün ittihamları rədd edir.






Son Xəbər