XƏBƏR, İQTİSADİYYAT
8-06-2017, 13:38

Aİ ölkələrinin Azərbaycanın qeyri-neft sektoruna yatırımının həcmi açıqlanıb

Aİ ölkələrinin Azərbaycanın qeyri-neft sektoruna yatırımının həcmi açıqlanıb “Azərbaycanla Avropa Komissiyası arasında “Strateji tərəfdaşlıq haqqında saziş” hazırlanır. Artıq Avropa İttifaqı (Aİ) Avropa Komissiyasına danışıqlar aparmaq hüququ verib”.

Qərbinfo.az xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, son 10 ildə Aİ ölkələrinin Azərbaycana yatırdığı investisiyalar ümumi investisiyaların 46%-ni təşkil edir: “Təkcə qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi 3 mlrd. dollar civarındadır ki, bu da ümumi investisiya portfelinin 35%-i deməkdir”.

Nazir onu da deyib ki, “Şahdəniz” layihəsi üzrə işlər 93% yekunlaşıb: “Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərin 72%-i, TANAP layihəsi üzrə 70%-dən çox, TAP layihəsi üzrə isə işlərin 42%-i yekunlaşıb”.






Son Xəbər