XƏBƏR, İQTİSADİYYAT
7-06-2017, 10:43

Şəmkirdə boru kəmərlərinin təhlükəsizliyi yüksək səviyyədə təşkil olunur

Şəmkirdə boru kəmərlərinin təhlükəsizliyi yüksək səviyyədə təşkil olunurİxrac boru kəmərlərinin Şəmkirdən keçən hissəsində təhlükəsizlik tədbirləri yüksək səviyyədə aparılır.

Qərbinfo.az xəbər verir ki, ixrac boru kəmərlərinin Şəmkir rayonun ərazisindən keçən hissəsində yerli əhalinin maarifləndirilməsi işinin aparılması məqsədi ilə tədbir keçirilib. Rayonun Qaracəmirli, Qılıncbəyli, Qapanlı və Qasım İsmayılov kəndlərində əsas ixrac boru kəmərləri BTC, CQ VƏ BS-nın təhlükəsizliyini qorumaq üçün kənd sakinləri arasında maarifləndirmə işləri aparılıb.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, İxrac Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə Komissiyanın üzvləri, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin, Fövqaladə Hallar Nazirliyinin Şəmkir rayonu üzrə əməkdaşları, BP Azərbaycan şirkətinin nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, boru kəmərlərinin təhlükəsizliyi üçün əhalinin maarifləndirilməsi enerji təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının həyata keçirdiyi tədbirlər sisteminin tərkib hissəsidir.

Çıxış edənlər bildiriblər ki, mövcud ixrac boru kəmərlərinin, eyni zamanda yeni çəkiləcək boru kəmərlərinin keçdiyi ərazilərdə yaşayan yerli əhalinin dəstəyinin formalaşdırılması və istiqamətdə əhalinin maarifləndirilməsi işinin aparılması öz aktuallığını hər zaman saxlamaqdadır.

Son Xəbər