XƏBƏR, İQTİSADİYYAT
7-06-2017, 09:30

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri artıb

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri artıb


















Cari ilin yanvar ayının 1-nə Sahibkarlığa Kömək Milli Fondunun aktivlərinin həcmi 1 milyard 17,384 milyon manat olub.

Qərbinfo.az xəbər verir ki, bu barədə fondun 2016-cı il üzrə hesabatında qeyd edilir. Bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə fondun aktivləri 6 faiz artıb. Sahibkarlara verilən kreditlərə gəlincə, ilin əvvəlində bu rəqəm 1 milyard 9,615 milyon manat olub. Kreditlərin həcmi 2016-cı ildə 5,4 faiz artıb.

SKMF-nun hesabında 2017-ci ilin 1 yanvar tarixinə 7,673 milyon manat olub. Fondun öhdəlikləri 11 min manat təşkil edib. 2016-cı ildə SKMF-nin hesabına dövlət büdcəsindən 1 milyard 6,286 milyon manat transfer edilib.

Ötən il fondun xalis zərəri 12,499 milyon manat olub.






Son Xəbər