XƏBƏR, SİYASƏT
2-06-2017, 20:00

Azərbaycanda Peru səfirliyi fəaliyyətə başlayıb

Azərbaycanda Peru səfirliyi fəaliyyətə başlayıbPerunun Azərbaycandakı səfirliyi fəaliyyətə başlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, bu gün səfirliyin yeni təyin olunmuş müvəqqəti işlər vəkili Luis Çanq Boldrini Xarici İşlər Nazirliyində Dövlət Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə ilə görüş keçirib.

Pərvin Mirzəzadə Luis Çanq Boldriniyə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib. Luis Çanq Boldrini fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.






Son Xəbər