XƏBƏR, SİYASƏT
21-11-2022, 11:20

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş variantı təqdim olundu

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş variantı təqdim olundu

Xəbər verildiyi kimi, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanıb.

Milli Məclisdən Qərbinfo.az-a verilən məlumata görə, sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.

Bu dinləmələrdə və ictimai müzakirələrdə qanun layihəsi ilə bağlı verilən təkliflər, səslənən fikirlər, qeydlər nəzərə alınmaqla qanun layihəsinin yenilənmiş variantı Milli Məclisin internet səhifəsinə yerləşdirilib.






Son Xəbər