XƏBƏR, SİYASƏT
18-11-2022, 15:12

Azərbaycan İsraildə səfirlik, Fələstində diplomatik nümayəndəlik açır

Azərbaycan İsraildə səfirlik, Fələstində diplomatik nümayəndəlik açır

Azərbaycan İsraildə səfirlik açır.

Qərbinfo.az-ın xəbərinə görə, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycan həm də Fələstində diplomatik nümayəndəlik açır.

Toplantıda deputatlar “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.






Son Xəbər