XƏBƏR, SİYASƏT
18-11-2022, 14:07

Türkiyənin vitse-prezidenti Fransa Senatının anti-Azərbaycan qətnaməsinə münasibət bildirib

Türkiyənin vitse-prezidenti Fransa Senatının anti-Azərbaycan qətnaməsinə münasibət bildirib

Azərbaycanla olan münasibətlərimizdə bir millət, iki dövlət prinsipini bütün sahələrdə reallaşdırmağa çalışırıq.

Qərbinfo.az-ın məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Fransa Azərbaycan əsgərlərinin Ermənistanın olduğu iddia etdiyi torpaqlardan çıxmasını tələb edən qətnamə qəbul edib.

“Mən bir neçə həftə əvvəl Şuşada idim. Hazırda o bölgədə çox ciddi bərpa-quruculuq işləri gedir. Həmin ərazilər Azərbaycanın 30 il əvvəl işğal olunmuş torpaqlarıdır. Orada məhv edilən kəndləri gördük. Bu torpaqların əsl sahibləri indi geri dönür. Lakin Fransa kimi bir ölkə qətnamə qəbul edir və iddia edir ki, guya bura Ermənistan torpağıdır. Ermənilərin Qarabağı dağıtması, burada heç bir quruculuq işi görməməsi həmin torpaqların onların olmadığını göstərir”, - deyə F.Oktay əlavə edib.






Son Xəbər