XƏBƏR, İQTİSADİYYAT
1-06-2017, 11:00

Azərbaycan Texas ştatına neft göndərib

Azərbaycan Texas ştatına neft göndəribAzərbaycan mayda ABŞ-ın Texas ştatının Korpus-Kristi limanına 500 min barel həcmində “AzeriLight” nefti göndərib.

Qərbinfo.az xəbər verir ki, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

“500 min barel həcmində “AzeriLight” nefti Texasa iki həftə əvvəl çatıb”.

Qeyd edək ki, bu, cari ildə Azərbaycan neftinin ABŞ-a ikinci iri ixrac həcmidir. Belə ki, SOCAR apreldə Ceyhan limanından ABŞ-a 800 min barel həcmində “AzeriLight” nefti tədarük etmişdi.






Son Xəbər