XƏBƏR, SİYASƏT
18-11-2022, 10:18

Azad edilmiş ərazilərin 280 min hektarı minalardan təmizlənəcək - "Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın şərhi

Azad edilmiş ərazilərin 280 min hektarı minalardan təmizlənəcək - "Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın şərhi

Prezident İlham Əliyevin 16 noyabrda imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqləndi.

Dövlət Proqramına əsasən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardantəmizlənməsidir.

Qeyd edək ki, 10 noyabr 2020- ci il Bəyanatından sonra 268 nəfər minalardan və PHS-dən zərər çəkib ki, bunun da 35-i mülki şəxs olmaqla 45 nəfəri həlak olub, 223 nəfəri o, cümlədən 91 mülki şəxs yaralanıb. Bu günədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 59 055 min hektar ərazi minadan təmizlənib, 76 810 min mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.

Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən isə Azad edilmiş ərazilərin 280 min hektarı 2026-cı ilə qədər minalardan təmizlənəcək. Tədbirlər Planına əsasən, ANAMA Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi ilə birgə bu vəzifəni yerinə yetirməlidir. Eyni zamanda, 2022‒2025-ci ildə 215 min ha ərazinin minalardan təmizlənməsi təmin olunmalıdır.

Əlbətdə bu prosesi ləngidən əsas amillərdən birincisi dəqiq mina xəritələrinin Ermənistan tərəfindən verilməməsidir. Erməni hərbi-siyasi rəhbərliyi hələ də bu yolla terroru davam etdirir, azərbaycanlıların doğma yur-yuvalarına qayıdışına əngəl törətməyə çalışır.






Son Xəbər