XƏBƏR, İQTİSADİYYAT
17-11-2022, 15:42

Azərbaycanın neft ixracından gəlirləri açıqlanıb

Azərbaycanın neft ixracından gəlirləri açıqlanıb

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 22,682 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Qərbinfo.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Azərbaycan hesabat dövründə 17,18 milyard dollar məbləğində xam neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 53,1 faiz çoxdur.

2022-ci ilin yanvar-sentyabr aylarında neft və neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracında payı 49,49 faiz təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 66,59 faizə bərabər idi.






Son Xəbər