XƏBƏR, SİYASƏT
17-11-2022, 14:22

Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycan xalqını təbrik etdi

Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycan xalqını təbrik etdi

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 17 noyabr Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Qərbinfo.az xəbər verir ki, Ersin Tatar bununla bağlı “Twitter” hesabında paylaşım edib.

“34 il əvvəl, 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında bir araya gələn 2 milyon azərbaycanlı qardaşımız müstəqillik məşəlini alovlandırdı və Azərbaycan dövləti quruldu.

17 Noyabr Milli Dirçəliş Gününü təbrik edir, Azərbaycan xalqına ən səmimi sevgilərimi və xoş hisslərimi çatdırıram”, - deyə o paylaşımında qeyd edib.






Son Xəbər