XƏBƏR, SİYASƏT
1-06-2017, 10:03

28 May Vaşinqtonda Azərbaycan Milli Günü elan edilib

28 May Vaşinqtonda Azərbaycan Milli Günü elan edilib2017-ci il 28 may tarixinin ABŞ paytaxtında rəsmi şəkildə Azərbaycan Milli Günü elan edilməsi barədə Vaşinqton şəhərinin meri Müryel Bouzer Bəyanat (Proclamation) imzalayıb.

Bu haqda Qərbinfo.az-a Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Bəyanatda bildirilib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti ilk dünyəvi müsəlman Demokratik Respublikası olmuş və bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçkilərdə iştirak etmək hüququ verib. Sənəddə həmçinin vurğulanır ki, dünyadakı Azərbaycanlılar 99 ildir ki, 28 may tarixini milli bayram kimi qeyd edir.

Vaşinqton meri 2017-ci il ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü olduğu faktını da sənəddə xatırladır. Həmçinin, Azərbaycanın Vaşinqtondakı Səfirliyini Vaşinqton Meriyası ilə tərəfdaşlıqda şəhərin təhsil və mədəni müxtəlifliyinə töhfə verir.

Qeyd edək ki, ABŞ paytaxtında 28 may tarixinin Azərbaycan Milli Günü elan edilməsi artıq bir ənənəyə çevrilmişdir. Ümumiyyətlə isə ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28 may Azərbaycan Milli Günü elan edilməsi təcrübəsi mövcuddur.
28 May Vaşinqtonda Azərbaycan Milli Günü elan edilib






Son Xəbər