XƏBƏR, İDMAN
16-11-2022, 18:35

Bekhem Ronaldunu dəstəklədi: Onu öz klubuna dəvət etdi

Bekhem Ronaldunu dəstəklədi: Onu öz klubuna dəvət etdi

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Kriştianu Ronaldu qalmaqallı müsahibədən sonra karyerasını MLS-də davam etdirə bilər.

“İnter Mayami”nin sahibi keçmiş futbolçu Devid Bekhem “qırmızı şeytanlar”ın rəhbərliyinin Ronalduya hörmət etmədiyini bildirib.

Qeyd olunur ki, ingilis futbolçu Ronaldunu öz klubuna dəvət etməyə hazırdır.

Xatırladaq ki, Kriştianu “Mançester Yunayted”lə bağlı açıq müsahibə vermişdi. Futbolçunun sözlərinə görə, klub ona xəyanət edib, baş məşqçi Erik ten Haqa isə ona hörmət etmir.






Son Xəbər