XƏBƏR, İQTİSADİYYAT
15-11-2022, 17:23

SOCAR-ın Karbamid Zavodu ixrac coğrafiyasını genişləndirir

SOCAR-ın Karbamid Zavodu ixrac coğrafiyasını genişləndirir

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti - Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodu ixrac coğrafiyasını genişləndirir.

Qərbinfo.az agentliyə istinadən xəbər verir ki, zavod ilk dəfə Polşa, İsrail və Yunanıstana 26 min tondan çox məhsul ixrac edib.

2019-cu ildə fəaliyyətə başlamış Karbamid Zavodu azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə 15-dən çox ölkəyə ixrac edilir. İndiyə qədər müəssisədə 625 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85%-dən çoxu ixrac olunub.






Son Xəbər