XƏBƏR, SİYASƏT
15-11-2022, 14:50

Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər

Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər

Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər.

Qərbinfo.az "Trend"ə istinadən xəbər verir ki, aksiya iştirakçıları Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına etiraz edirlər. Onlar senatorları qətnaməni qəbul etməməyə çağırırlar.

Diaspor üzvləri Senata təqdim edilən qətnamənin ədalətsiz və qərəzli olduğunu bəyan ediblər.

Xatırladaq ki, oktyabrın 3-də Fransa Senatına Azərbaycana qarşı qətnamə layihəsi təqdim edilib. Senatın altı üzvünün hazırladığı qətnamə layihəsində Fransa hakimiyyəti və Avropa İttifaqı ölkələrinə Azərbaycandan idxal edilən neft və qaza embarqo tətbiq edilməsi çağırışı yer alıb.
Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər
Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər






Son Xəbər